Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Ədliyyə Nazirliyi Razi Nurullayevin AXCP-sini də tanımadı

Ədliyyə Nazirliyi Razi Nurullayevin AXCP-sini də tanımadı

dliyyə Nazirliyi Razi Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bu ilin oktyabrın 18-də keçirilən qurultayı ilə bağlı müvafiq məlumatların dövlət reyestrinə daxil edilməsi üçün etdiyi müraciətini cavablandırıb.

Bu barədə “Report”a R.Nurullayev məlumat verib.

O bildirib ki, nazirlik bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə edib.

R.Nurullayev qeyd edib ki, qurultayla bağlı sənədlər 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə təqdim olunub.

Xatırladaq ki, Ədliyyə Nazirliyi Əli Kərimlinin AXCP-nin sentyabrın 27-də keçirilən qurultayı ilə bağlı da məhkəməyə müraciət edilməsinin məqsədəuyğun olduğunu tövsiyə etmişdi.

Qeyd edək ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna əsasən, hüquqi şəxslər, o cümlədən siyasi partiyalar sənədlərdə dəyişiklik olarsa, 40 gün müddətində müvafiq məlumatların dövlət reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etməlidir.

Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin oktyabrın 18-də keçirilən etimad qurultayında R.Nurullayev sədr seçilib.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın