Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Kriminal / Azərbaycanın banksız rayonları – SİYAHI

Azərbaycanın banksız rayonları – SİYAHI

Azərbaycanın bütün şəhər və rayonları bank şəbəkəsi ilə eyni səviyyədə əhatə olunmayıb. Fins.az-ın bu sahədə apardığı araşdırma nəticəsində məlum olub ki, banklar iri şəhərlərə can atırlar. Bəzi rayonlarda isə vətəndaşlar cəmi 1 bankın xidmətindən istifadə etməyə məcburdur.

Sirr deyil ki, bank bolluğu ən çox Bakıdadır. Səbəbi çox sadədir. İlk növbədə ölkədəki 43 bankdan 41-ni baş ofisi paytaxtda yerləşir. Üstəlik regional banklar – baş ofisi Gəncədə olan “Gəncəbank” və Naxçıvandakı “Naxçıvanbank” da Bakıda filiallarını açıblar.

Ölkənin digər şəhərlərinə gəlincə, Gəncədə bankların sayı 33, Sumqayıtda 29, Lənkəranda 17, Şəmkirdə 14, Bərdə və Xaçmazda 13, Şəkidə 12, Şirvanda 11, Abşeron, İmişli, Masallı, Mingəçevir və Zaqatalada isə 10-dur. Bu bölgələr iqtisadi cəhətdən aktiv olduğuna görə bankların buralara can atması başa düşüləndir.

İşğal altında olan şəhər və rayonları nəzərə almasaq, bəzi ucqar rayonlara banklar ümumiyyətlə maraq göstərmirlər. Məsələn, Ağdam, Babək, Balakən, Daşkəsən, Gədəbəy, Göygöl, Hacıqabul, Xızı, Kəngərli, Qobustan, Lerik, Oğuz, Ordubad, Sədərək, Samux, Şahbuz, Tərtər, Yardımlı, Zərdab rayonlarında cəmi 1 bank fəaliyyət göstərir. Bu, bütün ölkə üzrə filial şəbəkəsinə malik olan “Kapital Bank”dır.

 

 

 

Şəhər / rayon

 

Fəaliyyət göstərən

bankların sayı

1 Bakı 43
2 Gəncə 33
3 Sumqayıt 29
4 Lənkəran 17
5 Şəmkir 14
6 Quba 14
7 Bərdə 13
8 Xaçmaz 13
9 Şəki 12
10 Şirvan 11
11 Abşeron 10
12 İmişli 10
13 Masallı 10
14 Mingəçevir 10
15 Zaqatala 10
16 Göyçay 9
17 Cəlilabad 9
18 Tovuz 9
19 Yevlax 8
20 Ağcabədi 7
21 İsmayıllı 7
22 Qazax 7
23 Şamaxı 7
24 Beyləqan 6
25 Salyan 6
26 Biləsuvar 5
27 Goranboy 5
28 Qəbələ 5
29 Naxçıvan 5
30 Qusar 5
31 Ağdaş 4
32 Kürdəmir 4
33 Sabirabad 4
34 Ucar 4
35 Şabran 4
36 Ağsu 3
37 Saatlı 3
38 Ağstafa 2
39 Astara 2
40 Culfa 2
41 Qax 2
42 Naftalan 2
43 Füzuli 2
44 Neftçala 2
45 Şərur 2
46 Siyəzən 2
47 Ağdam 1
48 Babək 1
49 Balakən 1
50 Daşkəsən 1
51 Gədəbəy 1
52 Göygöl 1
53 Hacıqabul 1
54 Xızı 1
55 Kəngərli 1
56 Qobustan 1
57 Lerik 1
58 Oğuz 1
59 Ordubad 1
60 Sədərək 1
61 Samux 1
62 Şahbuz 1
63 Tərtər 1
64 Yardımlı 1
65 Zərdab 1
66 Cəbrayıl
67 Xankəndi
68 Xocalı
69 Xocavənd
70 Kəlbəcər
71 Qubadlı
72 Laçın
73 Şuşa
74 Zəngilan

 

Həmçinin oxuyun

Nazim Bəydəmirlinin məhkəməsi başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə ibtidai istintaq …

Bir cavab yazın