Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / NATO-nun baş katibi: “Alyansa üzv heç bir ölkə Türkiyə qədər terrora məruz qalmayıb”

NATO-nun baş katibi: “Alyansa üzv heç bir ölkə Türkiyə qədər terrora məruz qalmayıb”

NATO-nun baş katibi Yens Stoltenberq Qərb mediasında Türkiyəni müdafiə edən açıqlamalarına davam edir.

Hərbi alyansın rəhbəri Almaniya mətbuatına verdiyi müsahibədə son zamanlarda Suriyanın şimalında terror şiddətinin azaldığını və bunun siyasi həll yolları üçün ümidləri gücləndirdiyini söyləyib.

“Burada Türkiyənin olduqca vacib müttəfiq olduğunu qəbul etmək lazımdır. İŞİD-ə qarşı mübarizədə və “xilafət”in çökdürülməsində rəsmi Ankara əsl əzmkarlıq nümayiş etdirdi. Heç bir müttəfiqimiz Türkiyə qədər Suriya qaçqınlarına sığınacaq hüququ verməyib. Türkiyə tam 3,6 milyon suriyalının pənah apardığı bir ölkə olub. Və heç bir alyans üzvü Türkiyə qədər terror hücumuna məruz qalmayıb”, – deyə Yens Stoltenberq söyləyib.

NATO-nun baş katibi Almaniyanın müdafiə naziri Anneqret Karrenbauerin Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması ilə bağlı təklifinə də münasibət bildirib. Y. Stoltenberq həmin təklifi razılıqla qarşıladıqlarını, lakin bu mövzuda bütün dünya dövlətlərinin məsuliyyət daşımalı olduğunu qeyd edib.

Onun sözlərinə görə, Suriyaya ordu yeritmək heç də asan qərar sayılmır və bunun həyata keçirilməsi üçün uyğun zaman yetişməyib.

Norveç əsilli siyasətçi, NATO-nun bu quruma üzv dövlətlərin öz düşüncələrini açıq və ciddi şəkildə paylaşdığı bir forum olduğunu sözlərinə əlavə edib. Musavat.com

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …