Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / ABŞ Dövlət Departamentindən skandal hesabat: Gülən “sürgündə olan din adamı” kimi qələmə verildi

ABŞ Dövlət Departamentindən skandal hesabat: Gülən “sürgündə olan din adamı” kimi qələmə verildi

ABŞ Dövlət Departamenti terrorun daha çox olduğu ölkələr və terrorla mübarizə ilə bağlı illik hesabatının 2018-ci il versiyasını dərc edib.

İŞİD-lə mübarizəyə geniş yer verilən hesabatda ABŞ və müttəfiqlərinin terror təşkilatının məhv edilməsində böyük rol oynadığı qeyd edilib.

Hesabatda bundan başqa bildirilib ki, İŞİD-lə mübarizə çərçivəsində Suriya və İraqda ümumi 110 min kilometr ərazidə yaşayan təqribən 7,7 milyon insan bu vəhşi qruplaşmanın əlindən qurtarılıb.

İşte ABD'nin ikiyüzlü terör algısı! ile ilgili görsel sonucu

İŞİD-ə üzv olan əcnəbi ölkə vətndaşlarının qaçdığı digər ölkələrdə hələ də təhlükə əmələ gətirdikləri qeyd edilən hesabatda, xüsusilə Avropa ölkələrinə öz vətəndaşları olan qruplaşma üzvlərini geri qaytarmaları və məsuliyyətə cəlb etmələri ilə bağlı çağırış edilib.

YPG PYD USA ile ilgili görsel sonucu

YPG ilə bağlı məlumatlar təhrif edilib

Hesabatın Türkiyə ilə bağlı hissəsində Türkiyənin daxildə PKK, xaricdə isə İŞİD-lə mübarizə etdiyi vurğulanıb. Lakin ABŞ yenə də öz siyasətinə sadiq qalaraq, PKK və onun Suriya qanadları olan YPG/PYD-ni terror qruplaşması kimi qələmə verməyib. Bu qruplaşmalar “radikal və ideologiya savaşçıları” kimi təqdim edilib.

PKK-nın Avropada yüklü miqdarda pul topladığı ifadə edilən hesabatda “Türkiyə YPG-ni PKK-nın bir qanadı kimi qələmə verir” – deyə bildirilib. Qeyd edək ki, bu kimi ifadələr ABŞ Dövlət Departamentinin hər il hazırladığı hesabatlarda yer alır.

Sənəddə bundan başqa bildirilib ki, Türkiyə 2017-ci ildə İŞİD-ə qarşı həyata keçirdiyi əməliyyatlarda 3060 terrorçu ödürüb. Bununla yanaşı, Türkiyənin İŞİD-ə qarşı qurulan koalisiyaya olan köməyi və hava sahəsini koalisiya qüvvələri üçün açıq tutması özəlliklə İŞİD-lə mübarizədə ABŞ-a böyük dəstəyinin bariz nümunəsidir.

Bundan başqa Türkiyənin İŞİD-ə qatılmaq üçün ölkəyə daxil olmaq istəyən 145 ölkədən ümumilikdə 70 min nəfərə yasaq qoyduğu və terror qruplaşmaları ilə əlaqəsi olduğu təsbit edilən 6 min nəfəri ölkədən çıxartdığı da hesabatda bildirilib.

İlgili resim

Fətullah Gülən “sürgündə olan din adamı” kimi qələmə verilib

Ötən il olduğu kimi, bu il də “Türkiyə FETÖ-nu terror qruplaşması kimi tanısa da…” ifadəsi yer alan hesabatda FETÖ lideri Fətullah Gülən “sürgündə olan din adamı” kimi qələmə verilib.

FETÖ-nun ABŞ tərəfindən terror qruplaşması olaraq tanınmadığı qeyd edilib. Habelə, bu terror qruplaşmasına qarşı Türkiyə hökumətinin apardığı əməliyyatlar da üstüörtülü şəkildə tənqid və qınaq obyektinə çevrilib. Musavat.com

Həmçinin oxuyun

“Rusiya ilə münasibətlər ən yüksək səviyyədə deyil” – Mirzoyan

“İrəvanla Moskva arasında münasibətlər ən yüksək səviyyədə deyil”.Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan …