Ana səhifə / Cəmiyyət / Zeynal Nağdəliyev yeni icra başçılarını kollektivə təqdim etdi

Zeynal Nağdəliyev yeni icra başçılarını kollektivə təqdim etdi

Xəbər verdiyimiz kimi, dünən prezident İlham Əliyev Elnur Şahbaz oğlu Rzayevi Xaçmaza və Anar Aqil oğlu Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edib.

Unikal.org-un məlumatına görə, artıq hər iki yeni icra başçısını kollektivə Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev təqdim edib.

Hər iki yeni icra başçısının təqdimat tədbirində icra hakimiyyəti aparatının kollektivi, idarə rəhbərləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

Həmçinin oxuyun

Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı – VİDEO

“Təhsil naziri olduğum dövrdə qohumlarım arasında vəzifəyə təyin etdiyim insanlar olub”. Bunu Baku TV-yə açıqlamasında …