Mürvət Rəhmli adlı şəxs Unibank-dan şikayət edib.
Şikayəti olduğu kimi təqdim edirik:
“Şikayətim Unibank-dandır və informasiya xarakterlidir. Əgər biznes
sahibisinizsə və ya VÖEN ə bağlı biznes kart açmaq lazımdırsa, qəti
şəkildə Unibank-dan uzaq durun. Səbəb: Ən sadə köçürmə üçün belə mütləq
işi gücü atıb hər dəfə filiallarına getməyə borclu olacaqsız.Ölkə
xaricində olanlara ümumiyyətlə ağlamalı vəziyyətdi. Siz işdəsiz və
xidmət göstərirsiz, müqavilələr bağlayırsız amma ödəniş etmək üçün hər
şeyi atıb Unibank filialı axtarmaq lazımdır ki, gedib əsəblərini və
vaxtını növbələrdə çürüdəsən. Mobil proqram, İnternet banking, biznes
sahiblərinə 10 dəq də xidmət və s. reklam şüarlarına inanmayın.
Hal-hazırda fakt budur. Mən də indi qarşı şirkətə ödəniş etməliyəm və
bunun üçün 600km yol gedib gəlməliyəm Unibank filialı tapmaq üçün”. //365.az//
Ana səhifə / Aktual / “”Unibank” filialı axtarmaq lazımdır ki, gedib əsəblərini və vaxtını növbələrdə çürüdəsən…” – GİLEY
Həmçinin oxuyun
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO
İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …