Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / Azərbaycanlı aparıcı Bekhemlə bir arada – Foto

Azərbaycanlı aparıcı Bekhemlə bir arada – Foto

Amerikaya köçən keçmiş aparıcı Günel Hümbətova məşhur modelyer Viktoria Bekhemlə bir araya gəlib.

Bloqqerliklə məşğul olan Günel moda dizaynerinin Nyu-Yorkda təşkil olunan tədbirinə dəvət alıb. Günel görüşdən olan fotoları sosial şəbəkədə paylaşıb və üzərində bunları qeyd edib:

“Dəhşətli hisslərdir. Uşaqlıqdan hər zaman ilhamlandığım, istər ana, qadın, uğurlu iş xanımı, dəb ikonası kimi örnək götürdüyün, qibtə etdiyin insanın şəxsi tədbirinə dəvət almaq, onunla söhbətləşmək, qucaqlamaq”.

Qeyd edək ki, Viktoriya Bekhem “Real”, “Mançester Yunayted”, “Tottenhem”. “Milan”, PSJ  kimi klublarda çıxış etmiş ingiltərəli məşhur futbolçu Devid Bekhemin həyat yoldaşıdır.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …