Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanı gözləyən inflyasiya proqnozu açıqlandı

Azərbaycanı gözləyən inflyasiya proqnozu açıqlandı

Beynəlxalq Valyuta Fondu (IMF) “Global Economic Outlook” hesabatının oktyabr sayını geniş ictimaiyyətə təqdim edib.

Hesabatda Azərbaycanda iqtisadi artımla bağlı proqnozlar da yer alıb. Fondun ekspertlərinin proqnozlarına görə, bu il Azərbaycanda 2,7 faizlik, 2020-ci ildə isə 2,1 faizlik iqtisadi inkişaf olacaq. Hesabata görə, ölkəmizdə ötən il ÜDM artımı 1 faiz civarında olsa da, 2024-cü ildə 2,4 faizə bərabər olacaq.

İstehlak qiymətlərinə gəldikdə isə IMF Azərbaycanda bu il 2,8, 2020-ci və 2024-cü illərdə isə 3 faizlik inflyasiya proqnozlaşdırır. Ötən il isə bu rəqəm 2,3 faizə bərabər olub.

IMF həmçinin cari hesab balansı və işsizliklə bağlı proqnozlarını da açıqlayıb. Belə ki, 2018-2020-ci illərdə işsizlik səviyyəsi dəyişməyərək 5 faiz səviyyəsində qeyd olunub. Cari hesab balansı isə 2018-ci ildə 12,9 faiz olduğu halda, bu il 9,7 faiz, 2020-ci ildə 10 faizə, 2024-cü ildə isə 7,6 faizə bərabər olacaq.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …