Bazar ertəsi , May 6 2024
Ana səhifə / Aktual / Azərbaycanlı diplomatın qızı moda aləminin nüfuzlu şəxsləri arasında

Azərbaycanlı diplomatın qızı moda aləminin nüfuzlu şəxsləri arasında

“Business of Fashion” jurnalı moda sənayesinin 500 ən nüfuzlu şəxsinin siyahısını hazırlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 45 ölkədən olan dizayner, stilist, musiqiçi, model və sahibkarlar arasında Azərbaycandan Rusiyada yaşayıb-fəaliyyət göstərən, “Aizel” konsepsiya mağazası və bazar platformasının sahibi Aysel Trudel (Hüseynova) yer alıb.

Diplomat Aydın Hüseynovun qızı kimi tanıdılan iş qadını bu barədə istaqram hesabında məlumat verib:

“Adımın “BoF 500” siyahısına daxil edilməsi mənim üçün çox sevindirici haldır. Moda sahəsində işlədiyim 20 il ərzində Rusiyaya onlarla yeni marka gətirdim və həmişə istedadlı gənc ruslara dəstək olmuşam. Ümid edirəm ki, “Moda Fondu” kimi bir təşəbbüs gənc dizaynerlərə formalaşma və inkişaf yollarında dəstək olmağa kömək edəcək və gələcəkdə Moskva və Rusiyaya dünyanın dəb xəritəsində öz yerlərini tutmağa imkan verəcək”.

Həmçinin oxuyun

“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …