“Onlardan ötrü fərqi yoxdur; müştəri yığmaq üçün sabah Rusiya, lap Ermənistan bayrağı da geyinərlər…”
Sultan Laçın
Son vaxtlar xalqımız, dövlətimiz, dinimiz, milli əxlaqımız üçün əhəmiyyətli olduğundan qəti və bir cavabı olan sualları müzakirəyə çıxarmaq dəb düşüb; indi də Azərbaycan bayrağı rənglərində geyim forması olmasının mümkünlüyündən danışaraq deyirlər ki, bəs filan-filan məşhur pozğunluq ulduzları bayrağımızı əyinlərinə geyinirlər, nə bilim, avropalılar dövlət bayrağını ayaqlarına keçirirlər…Bunlara deyən yoxdur ki, telekanallarda ingilis prezervativlərini reklam etdirərək Azərbaycan(!) gəncinin əxlaqını pozan fahişələr və “mavi”lər Azərbaycan bayrağını Azərbaycanı sevdiklərindən yox, özlərinə daha çox müştəri yığmaqdan və cəmiyyətə daha çox binamusluq yaymaqdan ötrü murdar və lüt bədənlərinə keçirirlər; onlara fərqi yoxdur, dünən sovet-rus bayrağını geyinirdilər, bu gün üçrəngli və ya qırmızı türk bayrağını geyinirlər, sabah lazım gəlsə, yenə rus, ingilis, lap erməni bayrağını da geyinərlər…Bəylər, əfəndilər, cənablar, yoldaşlar, xanımlar, kim bizə “mühafizəkar”, “geridə qalmış” deyir–desin, amma fikrimiz qətidir: Azərbaycanın şəhidlərimizin qanı, qazilərimizin canı hesabına qaldırılmış üçrəngli bayrağını fahişələrə, geylərə, lesbiyanlara, homoseksuallara geydirib murdarlamaq yox, Qarabağda, Şuşada, Cıdır düzündə, Murovda, Dəli dağda, Kirsdə, Hoçazda, Sarıbabada, Ziyarət dağında ucaltmaq gərəkdir…Sultan Laçın