Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / AFR XİN başçısı Varşava sakinlərindən üzr istəyib

AFR XİN başçısı Varşava sakinlərindən üzr istəyib

“Mən sizin ölkənizdə almanlar tərəfindən və almanların naminə törədilmiş əməllərə görə xəcalət çəkirəm. Mən xəcalət çəkirəm ki, müharibədən sonra uzun müddət bu barədə susublar”.

AZƏRTAC xəbər verir ki, AFR XİN başçısı Hayko Maas bu sözləri Polşa paytaxtının Volya rayonunda Varşava üsyanının 75-ci ildönümü şərəfinə keçirilmiş mərasimdə söyləyib. 1944-cü ilin avqust ayında SS-çilər həmin ərazidə 40 minə yaxın polyakı güllələyiblər. Nazir ürək yanğısı ilə etiraf edib ki, hitlerçilərin Varşava sakinlərinə qarşı törətdiyi cinayətləri sözlə təsvir etmək çətindir.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …