Cümə , Aprel 26 2024
Ana səhifə / Tibb / Ölçüsü balaca, faydası böyük – VİDEO

Ölçüsü balaca, faydası böyük – VİDEO

Sumax nadir bitkilərdən sayılır. Azərbaycanda sumax ağaclarına, əsasən, Böyük və Kiçik Qafqazın dağ meşə ərazilərində rast gəlinir.

Lənkəranın Tükəvilə kənd sakini Xanəhməd Mirzəyev uzun illərdir bu ağacları öz təsərrüfatında çox çətinliklə qoruyub saxlayır.

X.Mirzəyev bildirir ki, marketlərdə satılan sumaxların əksəriyyəti yararsızdır. Əsl sumax çay kimi dəmlənir.

250-yə yaxın növü olan sumaxın tumu mütləq qabığından ayrılmalıdır. İstifadəyə isə tum yox, qabıq verilir.

Təbii şəkildə yetişdirilən sumax qan təzyiqini aşağı salır, dadı turş olsa da, mədədə turşuluğu artırmır və həzm sisteminə yaxşı təsir göstərir, metabolizmi sürətləndirir.

Hündürlüyü 3-5 metr olan ağaclardan çətinliklə yığılan sumaxın 1 kq-nın qiyməti isə 20-25 manat arasında dəyişir.

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …