Ana səhifə / Siyasət / ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində niyə fəallaşır – ŞƏRH

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində niyə fəallaşır – ŞƏRH

ABŞ Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycan və Ermənistan arasında dialoqun inkişafını təşviq etməyə davam edəcək. Bunu öz “Twitter” səhifəsində ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, ABŞ münaqişənin həlli istiqamətin ara-sra fəallığını müşahidə etmək olur:

“Ancaq ABŞ-ın bu təşəbbüsləri davamlı xarakter daşımır və Minsk qrupu daxilində epizodik yer alır. Bu həm də onu göstərir ki, ABŞ bu prosesdə təşəbbüsü tamamilə itirmək istəmir. Uzun illərdir münaqişənin həlli istiqamətində fəallığı Rusiya tərəfi göstərirdi və  hazırkı real olan təkliflər də Rusiyaya məxsusdur. Münaqişə tərəfləri də keçirilən görüşlərdə bu təkliflər əsasında müzakirələr aparırlar. Bütün hallarda ABŞ-ın atdığı addımlara baxmayaraq, münaqişənin həlli istiqamətində təşəbbüslər Rusiyanın əlindədir”.

Həmçinin oxuyun

ABŞ konqresmeni Azərbaycandan rüşvət almaqda ittiham olunur

Henri Kuellarla həyat yoldaşı İmelda Kuelların 600 min dollar pul aldığ bildirilir ABŞ Nümayəndələr Palatasının …