Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / “Təhsili artıq məzhəkəyə çeviriblər” – Ekspert

“Təhsili artıq məzhəkəyə çeviriblər” – Ekspert

“Dünən Təhsil nazirliyinin təşkilatçılığı ilə Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırma mərasimi keçirildi. Deputatların, rektorların, təhsil ekspertlərinin dəvət olunduqları tədbirə şoumen Murad Dadaşov da dəvət olunmuşdu”. 

“Yeni Sabah” xəbər verir ki, bunu təhsil eksperti Etibar Əliyev deyib. Ekspert, bildirib ki, tədbirdə iştirak edənlərdən biri ona deyib ki, təhsili artıq məzhəkəyə çeviriblər və onun dediyi təsdiqini tapıb:

“Təhsil eksperti Murad Dadaşovu şagirdlərə medalları vermək üçün səhnəyə dəvət etdilər, ancaq professor, Əməkdar elm xadimi, professor Şahlar Əsgərovu dəvət etmədilər. 

Gerizəkalılığa diqqət edin: ən azında fizika üzrə qaliblərin ( bürünc medal olsa da) fizika- riyaziyyat elmləri doktoru, əsl müəllim Şahlar Əsgərovun təltif etməsi şagirdlərin də yaddaşına həkk olunardı. Bunun üçün Harvardı oxumaq lazım deyil. Azca şüurlu olmaq lazımdır. 

20-30 medalı Emin Əmrullayev verməkdənsə, tədbirə dəvət olunmuş ictimaiyyətin tanınmış nümayəndələri də nəzərə alınmalı idi. Tədbir iştirakçıları fürsətdən istifadə edib nazirliyin Aparat rəhbəri Muxtar Məmmədovu da görmək şərəfinə nail oldular. Muxtar Məmmədov nazir müavini İdris İsayevin payına düşən medalları da verdi. 

Bütün bu məzhəkələrə baxmayaraq, qalibləri səmimi qəlbdən təbrik edirəm”.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …