Bazar ertəsi , May 6 2024
Ana səhifə / Kriminal / Maşın SOCAR-a çırpılıb külə döndü – Video

Maşın SOCAR-a çırpılıb külə döndü – Video

Gecə saatlarında Bibiheybət yolunda yüksək sürətlə hərəkət edən avtomobil SOCAR-ın yanacaqdoldurma məntəqəsinin lövhəsinə çırpılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov “Qafqazinfo”ya bildirib ki, hadisə nəticəsində minik avtomobili alışıb yanıb:

“Hadisə barədə təcili yardıma saat 03.37-də məlumat daxil olub. Avtomobildə olan sərnişin Kamran İsgəndərov (28 yaş) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vəziyyəti ağır kimi qiymətləndirilir.”

Qeyd edək ki, sükan arxasında olan digər şəxs isə ölüb.

Hüquq-mühafizə orqanları qəzanın baş vermə səbəblərini araşdırır.

***

Trend hadisənin videosunu yayıb. 

Həmçinin oxuyun

Saxta “Fairy”, “Domestos”, “Ariel” hazırlayan sex aşkarlandı – Video

Abşeron rayonunun Saray qəsəbəsindəki gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu …