Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Xəyalə Məmmədova Azərbaycanı beynəlxalq tədbirdə layiqincə təmsil etdi

Xəyalə Məmmədova Azərbaycanı beynəlxalq tədbirdə layiqincə təmsil etdi

Avropa Ictimai Xidmətlər Federsiyasının (EPSU) 10-cu Konqresi, 4-7 İyun, 2019-cu il tarixlərində İrlandiyanın paytaxtı Dublin şəhərində təşkil edildi. Konqresə rəsmi dəvət edilən Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri, Azərbaycan Su İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Təşkilati və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, Fəlsəfə üzrə fəlsəfə doktoru Xəyalə Məmmədova “Dayanıqlı inkişaf məqsədlərinə doğru və layiqli əməyin təbliği” mövzusunda çıxış etdi. Qeyd etdi ki, “…Dünyada qlobal çağırışların ölkələrin birgə səyləri ilə həllində beynəlxalq təşəbbüslərin rolu sözsüz ki, danılmazdır. Bu baxımdan “2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəlik” dünyada insanların qarşılaşdığı problemləri tanıdır və onların birlikdə həllinə çağırır.Dünya ölkələrinin dinamik inkişafı və ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası qarşımızda yeni-yeni problemlər qoyur. Həmin problemlərdən biri də inkişafin dayanıqlılığı, davamlılığı və ya təhlükəsizliyi problemidir. Bu problemin həlli üçün əsas konsepsiyalar və göstəricilər sistemi dəqiqləşdirilir və ölkələrin təcrübəsi öyrənilir. Dayanıqlı inkişaf dedikdə, gələcək nəsillərin öz ehtiyaclarını qarşılamaq imkanına xələl gətirmədən, bugünkü ehtiyacların qarşılanmasına imkan verən inkişaf nəzərdə tutulur.Dayanıqlı inkişaf insanlar və planet üçün inklüziv, dayanıqlı və möhkəm əsaslı gələcək qurmaq üçün birgə razılaşdırılmış səylər göstərməyə çağırır.Dayanıqlı inkişafa nail olmaq üçün, üç təməl element bir-biri ilə uzlaşdırılmalıdır: iqtisadi artım, inklüziv cəmiyyət və ətraf mühitin mühafizəsi. Bu elementlər bir-biri ilə qarşılıqlı əlaqəlidir və hamısı fərdlərin və cəmiyyətlərin rifahı üçün vacibdir. Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub və bu layihənin həyata keçirilməsi ilə bağlı öhdəliklər götürüb. Həmin öhdəliklərin yerinə yetirilməsi üçün ciddi addımlar atılır. Layihə məqsədlərinin reallaşdırılması üçün Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası da yaradılıb. Öhdəliklərin mahiyyəti ondan ibarətdir ki, 2030-cu ilədək qlobal layihənin ayrı-ayrı hədəflər və məqsədlər yönündə milli dövlətlər öz üzərində götürdüyü öhdəliklər üzrə addımlarını müəyyənləşdirirlər.

Üç əsas sahə üzrə 17 məqsəd müəyyənləşib. Bu məqsədlərə nail olmaq üçün 169 hədəf müəyyənləşib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dayanıqlı inkişafla bağlı verdiyi fərman təqdirəlayiqdir. Bununla bağlı, Azərbaycan Milli İnkişaf Strategiyasını qlobal layihələrə uyğunlaşdırmaq üçün ciddi iş aparır və dayanıqlı inkişafla bağlı xeyli işlər görülüb. Layiqli əmək ölkəmizin sosial-iqtisadi siyasətinin əsas istiqamətini təşkil edir və məşğulluğun inkişafına, layiqli əmək konsepsiyasının reallaşmasına yönələn balanslaşdırılmış iqtisadi siyasət konkret nəticələrlə ifadə olunmuş milli prioritetdir. Milli səviyyədə biz layiqli əməyi ümumi inkişaf kontekstində makroiqtisadi və əmək bazarında siyasətlərin qarşılıqlı əlaqəsi əsasında məşğulluq problemlərinin həlli kimi görürük. Layiqli əməyin təmin edilməsini məhsuldar əməyə nail olunması, sabit və keyfiyyətli iş yerlərinin yaradılması, əməyin ödənilməsi sistemində islahatların aparılması, peşə təhsili sisteminin təkmilləşdirilməsi, işsiz vətəndaşlar üçün səmərəli peşə hazırlığı və əlavə təhsil bazasının formalaşdırılması, işçi qüvvəsinin keyfiyyətinin artırılması, işsizlikdən sığorta sisteminin tətbiqi, əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması, sosial dialoqun gücləndirilməsi tədbirləri vasitəsi ilə reallaşdırırıq. Azərbaycan Həmkarlar İttifaqları əhalinin məşğulluğuna dair məsələləri daim diqqət mərkəzində saxlayır, dövlət məşğulluq siyasətinin işlənilməsində və həyata keçirilməsində, müvafiq dövlət proqramlarının hazırlanmasında və icrasında, əmək qanunvericiliyinin təkmilləşdirilməsində fəal iştirak edir. Bundan başqa, işçilərin əmək hüquqlarının qorunmasını təmin edir, onların kütləvi şəkildə ixtisarlarının qarşısını alır, mövcud iş yerlərinin qorunub saxlanılmasına çalışır. Məşğulluq problemlərinin həll edilməsində sosial tərəfdaşlığın möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Ələxsus da , Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi qabaqcıl dünya təcrübəsindən faydalanaraq, gənclərin məşğulluğu, əmək hüquqlarının qorunması,əməyin təhlükəsizliyi və Dayanıqlı İnkişafın məqsədləri ilə bağlı həyata keçirdikləri yüksək səviyyəli layihələrini xüsusi vurğulamaq istərdim.Belə ki, Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı BMT-nin Qlobal Saziş layihəsi ilə əməkdaşlıq edən yeganə həmkarlar ittifaqı təşkilatıdır. Yerli və beynəlxalq səviyyədə gənclərin məşğulluğu, əmək hüquqlarının qorunması və Dayanıqlı İnkişaf məqsədləri ilə bağlı mütəmadi layihələr həyata keçirir və ölkəmizi yüksək səviyyədə təmsil edirlər…….” Çıxışda Xəyalə Məmmədova dayanıqli inkişaf üzrə Su İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin həyata keçirdiyi işlər üzrə daha geniş məlumat bildirərək, qeyd etdi ki , bütün bu işləri həyata keçirməkdə məqsədimiz beynəlxalq ictimaiyyətə dayanıqlı inkişafın məqsədləri ilə bağlı sahələrdə təbliğatı aparmaqla, hədəflərə yönələn sərmayələri artırmaqla məqsədlərə doğru irəliləyişi intensivləşdirməyi, hökumətin , beynəlxalq təşkilatları və vətəndaş cəmiyyəti qruplarını dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün fəaliyyətimizi sürətləndirməkdən ibarətdir. Sonunda tədbir təşkilatçılarına öz minnətdarlığını bildirdi.

Çıxışdan sonra Xəyalə Məmmədova tədbirdə iştirak edən İrlandiyanın Prezidenti Cənab Maykl D.Hiqqins (Michael D. Higgins) və İrlandiyanın birinci xanımı Sabina Hiqqinslə görüşərək, tədbirin gündəliyində qeyd olunan məsələlərlə bağlı ölkənin uğurları haqqında, eyni zamanda tolerantlıq və multikulturalizm ənənələri olan Azərbaycanda uğurlu multikulturalizm siyasəti ilə bağlı görülən işlər haqqında qısa məruzə etdi. Bununla yanaşı, by yaxınlarda İrlandiya Respublikasında da Beynəlxalq Multikultural Şəbəkənin təmsilçisinin elan olunması ilə bağlı artıq işlərin yekunlaşdığına və bir sıra təşkilatlarla yeni layihələrə start verəcəkləri haqqında da məlumat verdi.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …