Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Robert Koçaryanın işi məhkəməyə göndərildi

Robert Koçaryanın işi məhkəməyə göndərildi

Ermənistan Xüsusi İstintaq Xidməti sabiq prezident Robert Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan, baş nazirin sabiq müavini Armen Gevorkyan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi Yuri Xaçaturova qarşı ittihamnaməni məhkəməyə çatdırmaq üçün prokurorluğa verib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, sabiq dövlət başçısına qarşı konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, A.Gevorkyana qarşı konstitusiya quruluşunun devrilməsində əlbir olmaq, külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmaq, digər iki nəfərə isə konstitusiya quruluşunu devirmək barədə ittihamlar irəli sürülüb.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …