Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Havalar nə vaxt isinəcək? – PROQNOZ

Havalar nə vaxt isinəcək? – PROQNOZ

25 aprel gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, aprelin 25-dək havanın fasilələrlə yağıntılı olacağı gözlənilir. Aprelin 22-i axşam və 23-nə keçən gecə bəzi rayonlarda yağıntının intensiv olacağı, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

U.Tağıyeva bildirib ki, aprelin 25-dən sonra havanın temperaturu yüksəlməyə başlayaraq iqlim normasına yaxınlaşacaq.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …