“Azərbaycan Beynəlxalq Bankı” ASC iş adamı Nizami Piriyevi məhkəməyə verib.
“Report”un
xəbərinə görə, Səbail Rayon Məhkəməsinə müraciət edən bank kredit
müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
Kredit müqaviləsi ilə bağlı məlumat verilmir.
Məhkəmə icraatı dayandırıb.
Qeyd
edək ki, N.Piriyev “PNN Group” şirkətinin təsisçisi və sahiblərindən
biridir. Şirkətin digər sahibi onun oğlu Nəsib Piriyevdir. Hər iki
şəxsin adı 2015-ci ildə həbs edilən Beynəlxalq Bankın keçmiş sədri
Cahangir Hacıyevin cinayət işində hallanır.
Belə
ki, hazırda davam etdirilən “Beynəlxalq Bank işi”ndə təqsirləndirilən
Erxan Cavad dindirilən zaman “Cargill” şirkəti ilə “Buta Kitchen” MMC
arasında 163 milyon manatlıq müqavilə imzalanıb, qida məhsullarının
alındığını bildirib. Onun sözlərinə görə, faiz çıxılandan sonra
“Cargill” “Buta Kitchen”in xarici hesabına 130 milyon manat pul köçürüb,
həmin məbləğin 30 milyonu əvvəlcədən Azərbaycana göndərilib, qalan 100
milyon isə şirkətin səhmdarı N.Piriyevin Əfqanıstanda olan şirkətinə
“ofşor” yolla köçürülüb.
Xatırladaq ki, N.Piriyevin barəsində axtarış elan olunub. Onun cinayət işi ayrıca icraata ayrılıb.
Həmçinin oxuyun
Elm və Təhsil Nazirliyi tender keçirmədən bu şirkətə 3,4 milyon ayıracaq
Elm və Təhsil Nazirliyi “Edumedia-Azərbaycan” MMC (VÖEN – 1401897631) ilə 3 satınalma müqaviləsi imzalayıb.Yeniavaz.com xəbər verir …