Ana səhifə / İdman / Azərbaycan millisinin böyük uğuru

Azərbaycan millisinin böyük uğuru

Azərbaycan cüdo yığması Almaniyanın Düsseldorf şəhərində keçirilən Böyük Dəbilqə turnirində 93 ölkə arasında üçüncü yeri tutub.

“Report”un məlumatına görə, milli komanda bu uğura 1 qızıl, 3 bürünc medal sayəsində nail olub.

Məlumata görə, 9 qızıl, 3 gümüş, 2 bürünc medal qazanan Yaponiya birinci, 1 qızıl, 1 gümüş, 3 bürünc medalı olan Braziliya 2-ci yeri tutub.

Amma kişilərin yarışında Azərbaycan 1 qızıl, 2 gümüş medalla yalnız Yaponiyadan geri qalıb. Gündoğar ölkə 6 qızıl, 2 gümüş medala yiyələnib. Qadınların yarışında isə 1 bürünc medal əldə edən milli komanda Avstriya və Portuqaliya ilə birgə 14 – 16-ci yerləri bölüşdürüb.

Qeyd edək ki, Böyük Dəbilqə turnirində Məmmədəli Mehdiyev (90 kq) qızıl, Rüstəm Orucov(73 kq), Zelim Kotsoyev (100 kq) və İrina Kindzerska (+78 kq) bürünc medal qazanıb.

Həmçinin oxuyun

“Real Madrid” İspaniya çempionu oldu

“Real Madrid” İspaniya “La Liqa”sında cari mövsümünün qalibi olub. Komanda doğma meydanda “Kadis” klubuna üç …