Ana səhifə / İdman / Tanınmış jurnalistin 8 yaşlı oğlu çempion oldu – FOTOLAR

Tanınmış jurnalistin 8 yaşlı oğlu çempion oldu – FOTOLAR

23-24 fevral 2019 cu il tarixinde “Qala” Taekvando klubunun idmançıları Gürcüstanın Tbilisi şəhərində keçirilən beynəlxalq taekvando turnirində iştirak ediblər. Turnirdə Nəsimi rayon 14 saylı orta məktəbin 3-cü sinif şagirdi, 8 yaşlı Əsgər Həsən birinci yeri tutub. Həmin klubun digər yetirmələri isə aşağıdakı nəticələri göstəriblər. Musazadə Gülnur 2-ci yer, Cabbarov Mircəfər 2-ci yer, Cabbarov Mirnadir 3-cü yer, Süleymanov Xanmurad 2-ci yer.
“Qala” Taekvando klubunun rəhbəri, republikanın əməkdar məşqçisi Ramil Həsənovdur. Xatırladaq ki, türnirdə birinci yeri tutan Əsgər Həsən, tanınmış jurnalist, “Bakı-Xəbər” qəzetinin əməkdaşı İradə Sarıyevanın oğludur.

Rövşən ƏLİ, Azinforum.az

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …