Ana səhifə / Sosial / Çoxmənzilli binaların dam örtüyü yenilənir – VİDEO

Çoxmənzilli binaların dam örtüyü yenilənir – VİDEO

Sumqayıt şəhərində 263 binanın tol örtüklü damları kirəmit örtüklə dəyişdirilir. Ötən gün prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamın icrasına başlanılıb. Sərəncamda nəzərdə tutlan digər şəhərlərdə də təmir işləri aparılır.

Sumqayıtda 263 çoxmənzilli binanın toldan olan dam örtüyü yenilənəcək.

Xezerxeber.az-ın məlumatına görə, bütün binaların damı müasir görünüşlü kirəmit örtüklə əvəzlənəcək.

Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Rövşən Fərəcov bildirib ki, artıq binalarda təmir işilərinə başlanılıb.

Binaların dam örtüyünün dəyişdirilməsi sakinlərin də ürəyincə olub.

Dam örtüyü təmir ediləcək 379 çoxmənzilli binadan 50-i Gəncənin payına düşür. Artıq şəhərin mərkəzi hissəsindəki beşmərtəbəli binalarda işə start verilib. Sakinlər dam ötüklərinin dəyişdirilməsi təşəbbüsünü məmnunluqla qarşılayırlar.

Təmir işləri çoxmərtəbəli binalardan başlayaraq mərhələli şəkildə həyata keçiriləcək. Ümimilikdə, ötən ilin oktyabr ayında imzalanan sərəncamla təmir edilən binalarla birlikdə Gəncədə 200-dək binanın dam örtüyü dəyişdirilmiş olacaq.

Bundan əlavə, Şirvanda 30, Şəkidə 28, Qazaxda isə 8 çoxmənzilli binanın dam örtüyü təmir ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • 06.02.201910:53115

Həmçinin oxuyun

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin …