Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Prokuror Leyla Şıxlinskayanın işçilərinə ağır cəza və həbs tələb etdi

Prokuror Leyla Şıxlinskayanın işçilərinə ağır cəza və həbs tələb etdi

Leyla Şıxliniskayanın rəhbərlik etdiyi klinikanın işçiləri növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutub.

Məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlinin məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyini deyib.

Prokuror təqsirləndirilən və ev dustaqlığında olan Şəhla Abbasova və Polad Əliyevin 9 il, Yelena Abdullayevanın 2 il, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyevanın isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs edilməsini istəyib.

Məhkəmə iclası fevralın 12-də davam etdiriləcək.

Bildirək ki, Şıxlinskaya dəymiş zərər kimi müəyyən edilən 56 minlə razılaşmır.

Belə ki, keçmiş işçilərinin ona 56 min manat zərər vurduğu müəyyən edilsə də, Şıxlinskaya 2 milyon manata yaxın pul istəyir.

Ötən proseslərdə 56 mini almağa razılıq versə də Şıxlinskaya artıq fikrini dəyişib. Keçmiş işçilərinə bildirib ki, dəymiş zərər 2 milyona yaxındır və həmin pulu da tələb edir. Əgər həmin məbləğ ödənilməzsə barışıq olmayacaq.

İşçiləri deyir ki, L.Şıxlinskayanın bu tələbi qanunsuzdur. Çünki istintaq dəymiş zərəri 56 min manat olaraq müəyyən edib.

Şıxlinskaya iddia edir ki, işçiləri onun külli miqdarda pulunu mənimsəyib. Hazırda təqsirləndirilən şəxs olan keçmiş işçiləri isə kamera qarşısına çıxmaq istəmirlər. Ancaq deyirlər ki, klinikada keçirilən kampaniyaların, edilən endirimlərin pulunu da Şıxliniskaya onlardan tələb edir.

Qeyd edək ki, təqsirləndirilən şəxslər arasında klinikanın baş mühasibi olmuş Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayevadır.

Onların hər biri barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslər Leyla Şıxliniskayanı, klinikanın təsisçisi isə keçmiş işçilərini ittiham edir.

Klinikanın fəaliyyəti ilə əlaqədar açılan cinayət işi ilə bağlı məlum olan budur ki, adıçəkilən şəxslərin əməlləri barədə əvvəlcə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb. İstintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilmişdi. Bu ittiham Leyla Şıxliniskayanın rəhbərlik etdiyi klinikanın yeddi əməkdaşına qarşı irəli sürmüşdü.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilirlər.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …