Ana səhifə / İdman / Həbibdən qərara etiraz – “Əbədi siyasət”

Həbibdən qərara etiraz – “Əbədi siyasət”

Xəbər verdiyimiz kimi, rusiyalı UFC döyüşçüsü Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqorla döyüşdən sonra etdiyi hərəkətlərə görə 9 ay diskvalifikasiya edilib. “Qafqazinfo”nun məlumatına görə, o, həmçinin 500 min dollar cərimə olunub. 

Bəs, Həbibin cəzası nə zaman bitəcək? 

Tərəflər arasında görüş oktyabr ayında  baş tutub. Məhz Nurməhəmmədovun cəzası da həmin vaxtdan hesablanacaq. Artıq qarşılaşmanın üzərindən 3 ay keçdiyini nəzərə alsaq, rusiyalı döyüşçü daha 6 ay rinqdən uzaq olacaq. 

O, qazandığı pulların 500 min dollarını da cərimə kimi ödəyəcək. Rəqibi Konor Maqreqor isə 50 min dollar cərimələnib. Nurməhəmmədov isə Nevada ştatının Atletika Komissiyasının bu qərarına etiraz edib. 

O, Tvitter hesabında bu qərara qarşılıq olaraq “əbədi siyasət” deyə paylaşım edib. 

Nurməhəmmədovun kəməri isə əlindən alınmayacaq. 

Həmçinin oxuyun

“Real Madrid” İspaniya çempionu oldu

“Real Madrid” İspaniya “La Liqa”sında cari mövsümünün qalibi olub. Komanda doğma meydanda “Kadis” klubuna üç …