Şənbə , Aprel 27 2024

Avstraliya Statistika Börosunun mütəxəssisləri peşə sahələrində qadınların kişilərdən daha az əməkhaqqı aldıqlarını müəyyənləşdiriblər.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu siyahıda ilk sırada tibb sahəsi gəlir. Bu sahədə qadınların kişilərdən 25 faiz az əməkhaqqı aldıqları öyrənilib.
Ekspertlər tikintidə 22%, əmlak sahəsində 21%, iqtisadiyyatda 21%, informasiya texnologiyaları sahəsində 19%, təhsildə isə 14% fərq olduğunu qənaətinə gəliblər.
Qadın və kişilərin əməkhaqqılarında ən az fərq isə hotel biznesində, istehsalatda və ictimai xidmət sahələrindədir.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …