Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Nazirlik bir ildə 968 vəzifəli şəxsi cərimələyib

Nazirlik bir ildə 968 vəzifəli şəxsi cərimələyib

2018-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri 1577 müəssisədə müayinələr aparıb.

Azinforum.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəticədə su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunmuş müəssisələrin 37,8, atmosfer havasının çirkləndirilməsi üzrə monitorinq aparılmış müəssisələrin 43,2, torpaq ehtiyatlarının çirkləndirilməsi üzrə isə müayinəyə cəlb edilmiş müəssisələrin 26,5 faizində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınıb. 

Ötən il təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyətə cəlb olunmuş 968 nəfər vəzifəli şəxs və vətəndaş 1021 min manat məbləğində cərimələnib. 

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …