Cümə axşamı , May 2 2024
Ana səhifə / Dünya / Ermənistan ordusu qeyri-döyüş şəraitində 17 hərbçisini itirib

Ermənistan ordusu qeyri-döyüş şəraitində 17 hərbçisini itirib

Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilən Ermənistan ordusunun bölmələrində qeyri-döyüş şəraitində özbaşınalıqlar və qanunsuzluqlar səbəbindən ölən və yaralananların sayı artmaqda davam edir.
Son günlər Ermənistanın xəbər portallarında və sosial şəbəkələrdə yayılan məlumatların təhlili nəticəsində dekabrın 15 günü ərzində düşmən ordusunun ölən və yaralananlar da daxil olmaqla 17 hərbçisini itirdiyi ortaya çıxır. Məlumatlardan məlum olur ki, qar uçqunu, yol-nəqliyyat qəzası və digər səbəblərdən düşmən ordusunun 7 hərbi qulluqçusu ölüb. Təhlükəsizlik qaydalarının pozulması, özünə qəsd, minaya düşmə və digər hadisələr nəticəsində isə 10 hərbçi ağır yaralanıb.

Ölən və yaralananların çoxu zabitlər və müqavilə əsasında xidmət edən hərbi qulluqçulardır.

Həmçinin oxuyun

Makron yenidən Ukraynaya qoşun göndərəcəyini istisna etməyib

Fransa prezidenti Emmanuel Makron “The Economist” jurnalına müsahibəsində bir daha bəyan edib ki, Ukraynaya hərbçilərin …