Ana səhifə / Sosial / Aztəminatlı ailələrə birdəfəlik yardım veriləcək – SƏRƏNCAM

Aztəminatlı ailələrə birdəfəlik yardım veriləcək – SƏRƏNCAM

Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək.
Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılıb.
Sərəncamda Nazirlər Kabinetinə, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə müvafiq tapşırıqlar verilib.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …