Cümə axşamı , May 2 2024
Ana səhifə / Kriminal / Yaşlı kişini maşın vurub öldürdü: işdə qalan çantası əcəli oldu – FOTO

Yaşlı kişini maşın vurub öldürdü: işdə qalan çantası əcəli oldu – FOTO

Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən yaşlı kişi Bakı-Sumqayıt yolunda avtomobil vurması nəticəsində dünyasını dəyişib.

Hadisə şahidlərinin verdiyi məlumata görə “Mercedes” markalı maşının vurduğu yaşlı kişi başqa bir maşının qarşısına düşüb. O, aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Əraziyə gələn şəxslərdən birinin verdiyi məlumata görə, dünyasını dəyişən kişi yaxınlıqdakı özəl müəssisələrdən birində çalışırmış. İşdən çıxan yaşlı adam yolu keçdikdən sonra çantasını unutduğunu bilib. Buna görə də işə qayıdıb və çatmasını götürüb. Geri qayıdarkən isə onu avtomobil vurub.

Həmçinin oxuyun

“Hansı şirkətlərlə işləmək, müqavilə məbləğlərini Zakir Həsənov və Nəcməddin Sadıxov müəyyənləşdirirdi”

Polkovnik: “4 il ərzində “Azersun Holding”dən 19.5 milyon manat geri alınıb” Müdafiə Nazirliyində 143 milyon …