Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Kür çayı buz bağladı – VİDEO

Kür çayı buz bağladı – VİDEO

Kür çayının Türkiyə ərazisindən keçən hissəsi buz bağlayıb.

Oxu.Az xəbər verir ki, Ərdahanın Gölə qəsəbəsi ərazisində gecələr havanın temperaturunun mənfi 10 dərəcəyə qədər düşməsi nəticəsində Kür çayının səthi buz bağlayıb.

Ərdahan sakinləri çayın bu il ötən illərə nisbətən gec buz bağladığını qeyd ediblər.

Onların sözlərinə görə, əvvəlki illərdə buzun qalınlığı 20-30 sm təşkil etsə də, bu il hələlik 4-5 santimetr olub.

Həmçinin oxuyun

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? – VİDEO

“Məni həkim yox, texniki işçi əməliyyat edib”. Bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. …