Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Tovuzda çağırışa gedən tibb işçiləri döyülüb, təcili yardım maşınının şüşələri sındırılıb

Tovuzda çağırışa gedən tibb işçiləri döyülüb, təcili yardım maşınının şüşələri sındırılıb

Tovuz rayonunda çağırışa gedən təcili tibbi yardım maşınına hücum olub.

APA-nın qərb bürosunun xəbərinə görə, hadisə ötən gecə rayonun İbrahimhacılı kəndində baş verib. Xəstənin öldüyünü deyən yaxınları tibb işçilərinin çağırışa yubandıqlarını bildirib, həkim Eldar Abdıyev və tibb bacısı Cəmalə Qurbanovaya xəsarət yetiriblər.

Təcili tibbi yardım maşınının şüşələri sındırılıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …