Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / 18 ildir axtarılan Nardaranlı Bala tutuldu

18 ildir axtarılan Nardaranlı Bala tutuldu

Azərbaycanda 18 ildir axtarışda olan şəxs tutulub.

Report-un məlumatına görə, 1971-ci il təvəllüdlü İlhan Əliyev “Nardaranlı Bala” ləqəbi ilə tanınan kriminal avtoritet Balaqardaş Dadaşovun dəstəsinin üzvü olub.

İlhan Əliyev 2000-ci ildən Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə axtarışa verilib. Amma o, istintqadan qaçaraq gizlənib. İ.Əliyev 18 ildən sonra saxlanılıb.

Məlumata görə, həmin dəstə üzvləri Azərbaycanda adam oğurluğu ilə məşğul olub. Dəstə üzvlərinin bir qismi artıq cəzalarını çəkərək azadlığa çıxıb.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …