Ana səhifə / Kriminal / Goranboyda dəhşətli qətl:qardaş bacısını öldürərək basdırıb

Goranboyda dəhşətli qətl:qardaş bacısını öldürərək basdırıb

Goranboy rayon sakini bacısını qətlə yetirib.

“Report”un Qərb bürosu xəbər verir ki, hadisə İravanlı kəndi ərazisində baş verib.

Belə ki, yerli sakinlər kəndin ərazisində basdırılmış qadın meyiti aşkar ediblər və dərhal polisə məlumat verilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşaları cəlb edilib. Hazırda qadının meyitinin basdırıldığı yerdən çıxarılması işləri aparılır.

İlkin məlumata görə, qadın bir müddət əvvəl qardaşı tərəfindən qətlə yetirilərək basdırılıb.

Həmçinin oxuyun

Saxta “Fairy”, “Domestos”, “Ariel” hazırlayan sex aşkarlandı – Video

Abşeron rayonunun Saray qəsəbəsindəki gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu …