Ana səhifə / Dünya / Rusiya bu il Ermənistana 100 milyonluq silah verəcək

Rusiya bu il Ermənistana 100 milyonluq silah verəcək

Rusiya bu il yeni müdafiə krediti çərçivəsində Ermənistana 100 milyon dollarlıq silah tədarükünə başlayacaq.
“Ria Novosti” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya hərbi-texniki əməkdaşlıq üzrə federal xidmətin direktor müavini Vladimir Drojjov bildirib. “Silah tədarüki 2018-cı il üçün nəzərdə tutulub”-deyə o bildirib.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan ötən ilin dekabr ayında 15 illik ödəmə müddəti olan 100 milyon dollarlıq müdafiə krediti üzrə sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …