Bazar ertəsi , May 6 2024
Ana səhifə / Aktual / Yol polisləri gücləndirilmiş iş rejimində çalışacaq

Yol polisləri gücləndirilmiş iş rejimində çalışacaq

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Novruz bayramı ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, bayram günləri ilə əlaqədar, DİN rəhbərliyinin göstərişinə əsasən, daxili işlər orqanlarının, o cümlədən Dövlət Yol Polisinin bütün şəxsi heyəti martın 20-dən 27-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.

Bu müddət ərzində küçə və yollarda hərəkət iştirakçılarının təhlükəsizliyinin, onların rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün yol polisi təkcə şəhər və rayonlararası yollarda deyil, bütün yerli əhəmiyyətli yollarda da nəzarəti gücləndirəcək.

BDYPİ-dən bildirilib ki, təhlillərə əsasən, bayram ərəfəsində və bayram günlərində qeydə alınan yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin yorğun və yuxusuz vəziyyətdə nəqliyyat vasitələrini idarə etmələri, habelə mövsümi hava şəraitini nəzərə almamaları səbəbindən baş verir.

Belə qəzaların qarşısının alınması və hər bir hərəkət iştirakçısının mənzil başına sağ-salamat çatması, eləcə də bayramın xoş əhval ruhiyyə ilə keçirilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını küçə və yollarda son dərəcə diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə dəvət edib.

РЕ

Həmçinin oxuyun

“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …