Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Tural Abbaslının namizədliyi qeydə alınmadı – 8 nəfərlik yekun siyahı

Tural Abbaslının namizədliyi qeydə alınmadı – 8 nəfərlik yekun siyahı

11 apreldə keçiriləcək prezident seçkiləri ilə əlaqədar bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclasında daha bir nəfər nəfərin prezidentliyə namizədliyi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu, Demokrat Partiyasının namizədi Sərdar Cəlal oğlu Məmmədovdur.

Seçkilərə öz təşəbbüsü ilə qatılmaq istəyən Tural Abbaslının və prezidentliyə namizədliyi Vətəndaş və İnkişaf Partiyası (VİP) tərəfindən irəli sürülən Əli Əliyevin namizədliyi isə qeydə alınmayıb.

Bununla da Prezidentliyə namizədliyi təsdiq edilənlərin sayı 8 nəfər çatıb. Yekun siyahı aşağıdakı kimidir:

Yeni Azərbaycan Partiyası – İlham Əliyev,

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – Qüdrət Həsənquliyev,

Azərbaycan Sosial Demokrat Partiyası – Araz Əlizadə,

Milli Dirçəliş Hərəkatı Partiyası – Fərəc Quliyev,

“Cəbhəçilərin təşəbbüs qrupu” – Razi Nurullayev,

Müasir Müsavat Partiyası – Hafiz Hacıyev,

Öz təşəbbüsü ilə namizədliyini irəli sürən – Zahid Oruc,

Azərbaycan Demokrat Partiyası – Sərdar Məmmədov.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …