Şənbə , Aprel 27 2024
Ana səhifə / Gündəm / Prezident tanınmış alimin oğlunu yüksək vəzifəyə təyin etdi – Sərəncam

Prezident tanınmış alimin oğlunu yüksək vəzifəyə təyin etdi – Sərəncam

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni təyinatlar olub.

Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Şahvələd İsmayıl oğlu Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin maliyyə və maddi-texniki təminat üzrə müavini – Maliyyə və maddi-texniki təminat baş idarəsinin rəisi təyin edilib.

Prezidentin digər sərəncamı ilə Yusif Həsən oğlu Mirzəyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Yusif Mirzəyev məşhur 91-lərdən olan tanınmış alim, mərhum Həsən Mirzəyevin oğludur.

Azinforum.az

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …