Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Lotu Quli ilə türk dərin dövlətinin “böyük buluşma”sı: – Pekerlə Quli yenidən bir araya gəldi

Lotu Quli ilə türk dərin dövlətinin “böyük buluşma”sı: – Pekerlə Quli yenidən bir araya gəldi

İstanbulda yaşayan azərbaycanlı kriminal avtoritet Nadir Səlifov (“Lotu Quli”) Türkiyənin ən məşhur mafiya liderlərindən hesab edilən Sedat Pekerlə yenidən bir araya gəliblər.

GoldNews.az xəbər verir ki, bu barədə kriminal avtoritet şəxsi Instagram hesabında paylaşım edib.

Foto qısa zamanda böyük marağa səbəb olub. Ancaq görüşün hansı səbəbdən baş tutduğu məlum deyil.

İstanbulda yaşayan Qulinin Pekerlə birlikdə poza verməsi əla bir mesaj olduğuna şübhə ola bilməz.

Qeyd edək ki, Quli Rusiya bazarları uğrunda amansız savaşa başlayır. Rusiya, Ukrayanadakı azərbaycanlıların əlindən çıxan bazarlar geri qaytarılır. Başqa sözlə, zaman-zaman Lənkəranskinin himaysində yaşayan həmyerlilərimiz təbii olaraq, Quli faktoruna ümid edir.

“Pekerlə Qulini nə bağlayır?” sualına ən yaxşı cavabı zaman verəcək. Amma görünən odur ki, başlanğıc möhtəşəmdir.

Lotu Quli ilə türk dərin dövlətinin "böyük buluşma"sı:
Lotu Quli ilə türk dərin dövlətinin "böyük buluşma"sı:

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …