Bazar ertəsi , May 6 2024
Ana səhifə / Dünya / İŞİD-in qalasında SSRİ bayrağı – Tarix təkrarlandı

İŞİD-in qalasında SSRİ bayrağı – Tarix təkrarlandı

Beynəlxalq Azadlıq İttifaqı təşkilatının üzvləri 1945-ci ilin məşhur “Reyxstaq üzərində qələbə” fotosunda olduğu kimi Suriyanın Rakka şəhərində SSRİ bayrağı qaldırıblar.

Axar.az xəbər verir ki, Suriyada kürd qruplaşmaları ilə birgə döyüşən ittifaq üzvləri Rakka şəhərini İŞİD faşizmi üzərində qələbənin simvolu kimi gördüklərini bildiriblər.

Beynəlxalq Azaqlıq İttifaqı üzvləri kommunist-xilaskarların davamçıları olduqlarını söyləyiblər.

Qeyd edək ki, Beynəlxalq Azadlıq İttifaqı kommunist ideologiyasına sadiq olan Avropa və Yaxın Şərqin müxtəlif ölkələrindən insanları birləşdirir.

Həmçinin oxuyun

Gürcüstan prezidenti Avropadan KÖMƏK İSTƏDİ

Gürcüstan prezidenti Salome Zurabişvili bu gün Tbilisidəki iqamətgahında toplaşdığı Avropa İttifaqına üzv ölkələrin səfirlərindən “xarici …