Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Yataqxananı sökdülər, amma ev tikmədilər

Yataqxananı sökdülər, amma ev tikmədilər

Bakının Şərifzadə küçəsi, 33 ünvanında yerləşən və “Alimlər yataqxanası” adlandırılan bina bir müddət əvvəl qəzalı kimi yaşayış fondunun yenilənməsi üzrə Nazirlər Kabinetinin proqramına daxil edilmişdi. Onun sökülməsi və yerində yeni 16-mərtəbəli binanın tikilməsi “İnşaat və Konstruksiyalar” MMC şirkətinə tapşırılmışdı.

Yataqxana sakinləri ilə inşaatçı şirkət arasında müqavilə bağlanmışdı. Həmin müqavilədə göstərilir ki, yeni tikili inşaat işlərinin başlanmasından sonra 18 ay ərzində tamamlanacaq və orada qeydiyyatda olanların hamısına həmin ünvanda tikiləcək binadan mənzillər veriləcək.

“Ancaq yeni binanın 16 mərtəbəsindən bugünkü günə yalnız dördü tikilib, o da bizim Yasamal Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciətlərimizdən sonra. Bəzi sakinlər, həmçinin mən, şirkətlə müqavilə bağlamaq istəmirdik, amma, buna baxmayaraq, evlərimizi dağıtdılar və biz razılaşmanı imzalamağa məcbur olduq. Və indi bizim ürəyimizə daman ən pis variant özünü doğruldur…” – deyə yataqxanada yaşamış Sənubər Həsənova qəzəblə bildirir.

“İnşaat ve Konstruksiyalar” şirkətinin başçısı Rauf İsmayılov S.Həsənovanın iddiası ilə razı deyil.

“Tikinti kirəçilərlə bağlanmış müqavilənin şərtlərinə müvafiq olaraq aparılır. Orada göstərilib ki, tikintinin başlanğıcı və tamamlanması arasından 18 ay keçməlidir. Ancaq fors-major şəraiti vaxtı binanın tikintisi 24 ay da davam edə bilər. “Alimlər yataqxanası”nın yerində yeni binanın tikintisinə isə 2016-cı ilin sentyabrında başlanıb”, – deyə R. İsmayılov virtualaz.org-a bildirib.

Bununla belə, redaksiyanın sərəncamında Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Səməd İslamovun imzaladığı və tikinti işlərinin ləngiməsi faktının etiraf olunduğu sənəd var.

“İcra hakimiyyəti “İnşaat ve Konstruksiyalar” şirkətinin rəhbərliyinə xəbərdarlıq edib. Bundan sonra ləngimənin aradan qaldırılması üçün tədbir görülüb”, – deyə S. İslamovun məktubunda qeyd edilib.Virtualaz.org

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …