Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Ermənilər azərbaycanlı generalın görüntüsünü paylaşdı və… – FOTO

Ermənilər azərbaycanlı generalın görüntüsünü paylaşdı və… – FOTO

Erməni Feysbuk istifadəçiləri ehtiyatda olan azərbaycanlı general-leytenant Yaşar Aydəmirovun fotosunu paylaşıb.

Publika.az xəbər verir ki, fotoda general-leytenant Yaşar Aydəmirov fotoda Şəhid anasının əlini öpür.

Erməni Feysbuk istifadəçisi Haykaz Gevorgyan fotonun “Azərbaycanlı general şəhid anasının hüzurunda. Təəssüf ki, bizdə belə deyil” başlığı ilə paylaşıb.

Qeyd edək ki, Yaşar Aydəmirovun sözügedən fotosu 1997-ci ildə xüsusi tapşırıqla Ermənistana göndərilən kəşfiyyat qrupunun noyabrın 1-də Azərbaycan Texniki Universitetində keçirilən anım tədbirində çəkilib. Şəhid kəşfiyyatçının anasına medal təqdim edən general-leytenant ehtiram əlaməti olaraq Ananın əlindən öpür və qarşısında baş əyir.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …