Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / “Oğlum incə-mincə danışsa, onun başını kəsərəm” – Manaf Ağayev – VİDEO

“Oğlum incə-mincə danışsa, onun başını kəsərəm” – Manaf Ağayev – VİDEO

“Oxuya bilməyənlər baha gedir, meydan oxuyur. İndi məni məcbur edirsən bunları deyirəm. Mənə deyirlər ki, filankəs qaşını alıb, üzünü dartdırıb. Deyirəm ki, o onun öz həyatıdı. O, rahatdı. Mən geyinə bilmərəm. Çünki o mənə aid deyil, o rahatdısa onun həyatıdı. Mən rayonun ucqar kəndində böyümüşəm, kənd uşağıyam. Bunlar mənə yaddır. Avropada yaşasaydım bəlkə də mən də elə olardım”.

Bu sözləri ARB TV-nin “Məşhurla bir gün” proqramına qonaq olarkən müğənni Manaf Ağayev deyib.

Daha sonra oğlundan söz açan sənətçi, onun geyimindən danışıb:

“Oğlum mənim lağ elədiyim şeyləri geyinir. Gördüm ki, rahatdır, ətrafı belədir. Amma ləzzət onda alıram ki, bədənində kişi qanı axır, kişi kimi danışır. Amma incə-mincə danışsa cinsini də, başını da kəsərəm. Sadəcə moddur. Xarakter isə Manafdır”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …