Cümə axşamı , May 2 2024
Ana səhifə / Gündəm / İran prezidenti Trampın görüş təklifini rədd edib

İran prezidenti Trampın görüş təklifini rədd edib

İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampın görüşməklə bağlı təklifini rədd edib.

Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi məlumat verib. O bildirib ki, bu ilin sentyabrında BMT Baş Məclisinin 72-ci iclasında iştirak etmək üçün Nyu-Yorka səfər edən Həsən Ruhani ABŞ rəsmilərindən prezident D. Trampla görüşmək dəvəti alıb. Lakin ABŞ prezidentinin İrana qarşı kəskin çıxışlarına görə prezident Həsən Ruhani görüşmək istəməyərək təklifi qəbul etməyib.(AzərTAc)

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …