Ana səhifə / İdman / Oyun başa çatdı:”Qarabağ” Çempionlar Liqasında ilk xalını qazandı

Oyun başa çatdı:”Qarabağ” Çempionlar Liqasında ilk xalını qazandı

UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunun oyunları davam edir.

Trend-in məlumatına görə, “Qarabağ” Bakı Olimpiya Stadionunda İspaniyanın “Atletiko” klubu ilə qarşılaşıb.

75-ci dəqiqədən Ağdam təmsilçisi 10 nəfərlə mübarizə aparıb – Dino Ndlovu ikinci sarı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edib.

Gərgin və qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab açılmayıb – 0:0.

Beləliklə, tarixində ilk dəfə olaraq Çempionlar Liqasının final mərhələsində yarışan “Qarabağ” turnirdə ilk xalını qazanıb.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …