Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Tibb / “Neftçilər” xəstəxanasının mühasibi özəl klinikanı şantaj edir

“Neftçilər” xəstəxanasının mühasibi özəl klinikanı şantaj edir

Bakı şəhər sakini Səidə Əliyeva estetik klinika haqqında məlumatlar yaydıraraq pul istəyir.

Eyni zamanda həkim olan S.Əliyeva mühasib işlədiyi Mərkəzi Neftçilər Xəstəxanasından da rəy aldığını bildirərək qarşı tərəfi məhkəmə və mətbuatla hədələyir. O, mütəmadi olaraq bir neçə aydan bir fərqli mətbu orqanlara müraciət edərək guya estetik klinikanın onun üzünü yandırdığını bildirir.

Məsələnin maraqlı tərəfi budur ki, təqribən 3 ay öncə fərqli mətbu orqanlar vasitəsilə məqalə “dərc etdirən” S.Əliyeva dünən yenidən “fəaliyyətini” bərpa edərək estetik klinika haqqında böhtan xarakterli məlumatlar yaydırıb.

Üzünün klinika tərəfindən yandırıldığını deyən Əliyevanın bu iddiası ilə əlaqədar VİP Style Estetik Klinikasının rəsmisi Fatimə İsayeva saytımıza bildirdi ki, böhtanla üz-üzə qalıblar. O, S.Əliyevanın prokuraturaya da müraciət etdiyini, lakin oradan nəticə əldə edə bilmədiyi üçün yenidən mətbuat vasitəsilə “hücuma” keçdiyini bildirib:

“Səidə xanım 17 dəfə (26.02, 01.03, 05.03, 10.03, 15.03, 18.03, 22.03, 27.03, 31.03, 05.04, 12.04, 17.04, 22.04, 28.04, 08.05, 03.06 və 10.06 tarixlərində) bizim klinikamızda prosedurlarda olub. Əgər həqiqətən iddia etdiyi kimi problem olsa idi bu qədər prosedura gəlməz, ardıcıl məhsullar əldə etməzdi”.

F.İsayeva S.Əliyevanın məsuliyyətsizliyinə görə üzünün yandığını, ona bu barədə xəbərdarlıq etdiklərini vurğulayıb:

“S.Əliyeva mütəmadi olaraq xarici ölkələrdə səfərlərdə olur, klimatik hava şəraitini dəyişirdi. Biz ona bu barədə bildirmişdik və qeyd etmişdik ki, dərisi günəş və küləyin mənfi təsirinə məruz qalaraq yana bilər. Klinikamızın üzə qulluq vasitələrindən istifadə edilən dövrdə pasiyentlərə xüsusilə bildirilir ki, günəş şüalarından uzaq qalınmalıdır. Səidə xanımın isə may ayında baş tutan son xarici səfərindən sonra üzündə qaralma müşahidə edilmiş, ondan sonra klinikamıza gələrək şikayət etmişdir. Biz ona üzündəki qaralmanın günəş şüasından yarandığını bildirsək də, o, israrla ödədiyi pulu geri istədi. Biz ona istifadə etmədiyi 1100 manatlıq kremləri geri götürə biləcəyimizi bildirdikdə, o, bununla razılaşmayıb bizi hədələməyə başladı. Haqqımızda mətbuata açıqlamalar verərək bizi biabır edəcəyini qeyd etdi”.

Klinika rəsmisi pasiyentləri ilə aralarında ilk dəfədir belə xoşagəlməz vəziyyət yarandığını bildirdi:

“İlk dəfədir ki, belə bir hadisə ilə rastlaşırıq. Bilirik ki, bizim klinikamızın məhsulları heç kimə mənfi təsir edə bilməz. Bu məhsullar dünyanın ən tanınmış firmalarının istehsalıdır və ölkəmizdə də uyğunluq sertifikatı var”.

Həmçinin oxuyun

Sarımsağın bu ziyanlarını bilirsiniz?

Sarımsaq həm qida, həm də dərmandır. Amma onun da çox yeyilməsinin bir çox orqanlara mənfi …