Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Cəzalandırılmış generallar akademiyaya göndərildi

Cəzalandırılmış generallar akademiyaya göndərildi

İşdən çıxarılan generallar – Cümşüd Naxçıvanski adına Hərbi Liseyin rəisi, general-mayor Mirzə Almazov və Baş Hərbi İnspeksiyanın rəisi, general-mayor, Milli Qəhrəman Fəxrəddin Cəbrayılov müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə Ali Hərbi Akademiyada dərs deməyə göndəriliblər.

Bu barədə virtualaz.org saytına mötəbər mənbələrdən məlumat daxil olub.

Xatırladaq ki, prezident İlham Əliyev avqustun 14-də general Almazovu tutuduğu vəzifədən kənarlaşdırıb. Dövlət başçısının digər əmri ilə isə general Cəbrayılov tutduğu vəzifədən azad olunub.

 

 

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın