Ana səhifə / Araşdırma / Biznesmen İlham Tağıyev Xersonda vəhşicəsinə öldürüldü

Biznesmen İlham Tağıyev Xersonda vəhşicəsinə öldürüldü

Ukraynanın Xerson vilayətində yerli azərbaycanlı icmasının rəhbərlərindən biri, tanınmış biznesmen İlham Tağıyev vəhşicəsinə qətlə yetirilib.

Virtualaz.org saytı xəbər verir ki, biznesmenin cəsədini ona məxsus olan “Mercedes”in içində tapıblar.

Milisdən bildirilib ki, avqustun 17-nə keçən gecə biznesmen öz avtomobilində Berislav şossesində icarəyə götürdüyü qaraja gedib. Orada onu qatillər yaxalayıblar və qətlə yetiriblər.

Cinayətkarlarr əvvəlcə İlham Tağıyevin başına küt alətlə üç zərbə endiriblər və onu yerə yıxıblar. Sonra təpikləyiblər və qabırğalarını sındırıblar. Biznesmeni öldürəndən sonra onun cəsədini maşınına qoyublar, cibindən evinin açarını çıxarıblar və ora yollanıblar.

Qonşuların bildirdiyinə görə, cinayətkarlar biznesmenin evinə daxil olaraq hər şeyi alt-üst ediblər. Onlar evdə çox güman ki, pul və qiymətli zinət əşyaları axtarıblar, divanları çeviriblər, xalçaları söküblər. Evdən nə qədər pul və qızıl oğurlandığı məlum deyil.

Hadisə vaxtı Tağıyevin arvadı və qızı evdə olmayıb. Onların yaxınlarını ziyarət etmək üçün Azərbaycana gəldiyi bildirilir. Biznesmenin oğlu isə Kiyevdə yaşayır.

Bildirilir ki, evdən külli miqdarda pulun oğurlandığı təxmin edilir. Çünki Tağıyev ət yaımfabrikatlarının satışı ilə məşğul olan iri firmanın regional şəbəkəsinin təmsilçisi olub. Həftənin sonunda bütün Xerson vilayəti üzrə ticarət nöqtələrindən hasilatı toplayıb və pulları firmanın hesabına köçürməyə hazırlaşırmış.

Biznesmen pulları avtomobilinin baqajında daşıyırmış. İstirahət günü isə o, pulları evdə qoya bilərdi. Ona görə də əməliyyatçılar quldur hücumunun biznesmenin fəaliyyəti barədə məlumatı olan mənbənin köməyi ilə həyata keçirildiyini təxmin edir.

İlham Tağıyev Xerson vilayətində yaşayan azərbaycanlıların ictimai-mədəni fəaliyyətində yaxından iştirak edib. Krımdan qaçqın düşmüş tatarların yerləşdirilməsinə kömək göstərib. Onun ölümü çoxları üçün ağır itki hesab edilir.

 

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın