Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / “Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldə bilər

“Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldə bilər

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin könüllü restrukturizasiyasının uğurla başa çatması nəticəsində müddəti 2019-cu ilə qədər nəzərdə tutulmuş 500 milyon ABŞ dolları həcmində avrobondların bankın balansından çıxarılmasını nəzərə alaraq onlara verdiyi reytinqləri geri çağırıb.

Bankın Mətbuat xidmətinin məlumatına görə, restrukturizasiya planına əsasən, Bankın yeni buraxılan və müddəti 2024-cü ilə qədər müəyyənləşən istiqrazlarına isə hələlik reytinqlər verilməyib. Agentliyin rəyində qeyd edilir ki, restrukturizasiya prosesindən sonrakı dövrdə bankın kredit profili haqqında kifayət qədər məlumat əldə etdikdən sonra “Fitch” Azərbaycan Beynəlxalq Bankının həm qısamüddətli yerli və xarici valyutada olan reytinqinin (IDRs), həm də Dayanıqlıq Reytinqinin (Viability Rating) yüksələcəyini gözləyir.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin könüllü restrukturizasiyası prosesi sentyabrın 1-də faktiki olaraq başa çatıb.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın