Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / `Neolit`dəki davanın yeni detalları: `İzzət xəstəxanaya gəlib, üzr istədi…`– (FOTOLAR)

`Neolit`dəki davanın yeni detalları: `İzzət xəstəxanaya gəlib, üzr istədi…`– (FOTOLAR)

Avqustun 31-də paytaxtın Nizami rayonunda yerləşən “Neolit” şadlıq evində müğənni İzzət Bağırovun işçilərinin döydüyü şəxsdən xəbər var. Həmin gün İzzət Bağırovun Elçin adlı prodüseri məclis iştirakçılarından olan Aslanov Novruza “beşbarmaq”la zərbələr endirib. Novuz Aslanlının ailəsindən Femida.az -a verilən məlumata görə, mətbuatda yayılan məlumatların bir qismi həqiqəti əks etdirmir.

Hadisə baş verən günü Novruz Aslanının övladının yox, yaxın qohumlarının ali məktəbə daxil olması münasibəti ilə məclis təşkil edilib. Həmin məclisdə operator müğənnini yox, qonaqları çəkdiyi üçün gərginlik yaşanıb. Bu zaman İzzət Bağırov “Tərbiyəsizlik niyə edirsiniz? Sənətkarı çəkmirsiniz” deyib. Bu isə məclis təşkilatçılarının xoşuna gəlməyib. Elməddin Nəbiyev İzzət Bağırova “Niyə mənə tərbiyəsiz dediniz?” sualına görə müğənni ilə aralarında gərginlik yaranıb. Gərginliyin artdığını görən ailə üzvləri davaya müdaxilə ediblər. Həmin anda Novruz Aslanov “beş barmaq”la İ.Bağırovun prodüseri Elçin tərəfindən vurulub. Məclis iştirakçıları ilə İzzət Bağırov arasında yaranan gərginlik daha sonra kütləvi davaya çevrilib. Restoranın mühafizəçiləri də davaya qoşulub.

Ailə üzvlərinin sözlərinə görə, hazırda 3 saylı şəhər xəstəxanasında reanimasiya şöbəsində müalicə alan Novruz Aslanlının vəziyyəti ağır olaraq qalır.

Bəs, İzzət Bağırov hadisədən sonra sizinlə əlaqə saxlayıbmı? sualını cavablandıran ailə üzvləri bildirib ki, müğənninin xanımı dəfələrlə onlarla telefon əlaqəsi yaradıb.

“ Hadisədən sonra İzzət Bağırovun həyat yoldaşı bir dəfə bizimlə telefonda danışıb. Telefonda dedi ki, İzzət hadisə ilə bağlı üzr istəməyə hazırdır. Hətta bir neçə müğənniləri, Firuzə İbadovanı, Cavanşir Məmmədovu, Zöhrə Abdullayevanı və başqalarını üzrxahlıq üçün yanımıza göndərdilər. Həmin gün İzzət bağırovun həyat yoldaşı da gəlmişdi. İzzət Bağırov bu günə kimi xəstəxanaya gəlməkdən qorxurdu. Qohumlarımızın ondan qisas alacağını düşünürdü. Bizsə, bunun tam əksini onlara çatdırdıq.Bu gün İzzət özü də xəstəxanaya gəlmişdi. Hadisəyə görə ailəmizdən üzr istədi. Onlar bizə müəyyən məbləğdə pul təklif etsələr də, qəbul etmədik. Bütün xəstəxana xərclərini, vəkil pulunu özümüz ödəmişik.”

Ailə üzvlərinin iddialarına görə, Novruz Aslanının başına zərbələr endirən Elçin polis tərəfindən sərbəst buraxılıb.

“ Novruzun başına küt alətlə zərbələr endirən Elçini xəstəxananın həyətində gördük. Onun azadlığa necə buraxıldığını başa düşə bilmirik”, deyə ailə üzvləri bildiriblər.

Xatırladaq ki, faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanıb araşdırmalar davam etdirilir. DİN bu barədə rəsmi məlumat yaymayıb.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın