İspaniyada ənənəvi “La tomatina” adlı 72-ci pomidor festivalı keçirilib.
İspaniyannın Bunyol şəhərində keçirilən pomidor döyüşünə dünyanın dörd bir yanından turist qatılıb. Avqustun 30-da keçirilən festivalda 150 tona yaxın pomidor istifadə olunub və 20 min adam qatılıb.
Qeyd edək ki, “Pomidor döyüşləri” kimi tanınan festival 1945-ci ildən bu yana keçirilir. İdeyası uşaqlar arasında olan pomidor döyüşündən sonra yaranıb.
Musavat.com sizə baş tutan 72-ci “Pomidor döyüşü” festivalı haqqında maraqlı faktları və fotoları təqdim edir.
Bu festivala İngiltərə, Yaponiya və ABŞ kimi ölkələrdən minlərlə turist axın edir. Bu festival dünyanın ən böyük ərzaq müharibəsi olma xüsusiyyətinə də sahibdir. 150 ton pomidorun istifadə olunduğu festivalda bütün qəsəbə pomidor əzməsi olur.
Festivala getmək istəyənlərin xüsusi olaraq dəniz gözlükləri və telefonlarının su keçirməz kaburoları olmalıdır. 1945-ci ildə bir bazarda çıxan ərzaq savaşı sonradan əylənəcəyə çevrilərək hər il keçirilir. Ancaq sadəcə pomidor istifadə olunur. Festival bitdikdən sonra yolları yanğın söndürənlər təmizləyir. Həm də ABŞ, Hindistan və bir sıra digər ölkələrində təqlid etdiyi məşhur festival olub.
Onlar bu israfçılı da bu cür izah edirlər: “Bu pomidorlar Extremadura adlı bir bölgədən gəlir və hamısı yeməyə yararsız pomidorlardır.”
Festival 1 həftə boyunca gün ərzində tam olaraq 1 saat keçirilir. 1 saat az vaxt kimi görünsə də iştirakçılar bu saat ərzində xeyli əylənir. Festivalın günü ancaq avqust ayının sonuncu çərşəmbə günüdür.
Musavat.com